Türkiyədə həşərata bənzər nano-dronlar hazırlanıb – SƏSSİZ İŞLƏYİR!

2022-09-01 14:45:00

Türkiyədə həşərata bənzər nano-dronlar hazırlanıb – SƏSSİZ İŞLƏYİR!

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN nano-dronlar hazırlayır.

Yeni nəsil Pilotsuz Uçuş Aparatı mini-mühərrikə və kiçik qanadlara malikdir, ölçülərinə görə həşərata və kalibri quşuna bənzəyir. Aparatlar tamamilə səssizdirlər. Hələlik dronların təkmilləşdirilməsi üzərində iş getdiyi üçün kütləvi istehsaldan danışmaq tezdir. Lakin gələcəkdə bu dronlardan kəşfiyyat və müşahidə məqsədləri ilə istifadə ediləcək.

Dronlar Türkiyənin Samsun şəhərində keçirilən TEKNOFEST KARADENİZ sərgisində ictimaiyyətə təqdim edilib..

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.065374