Türkiyədə FETÖ əməliyyatı: 39 nəfər saxlanıldı
2024-09-14 10:49:32
Türkiyənin 17 bölgəsində FETÖ-ya qarşı həyata keçirilən “Qısqaç-17” əməliyyatı çərçivəsində 39 şübhəli saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb.
Məlumata görə əməliyyat FETÖ-nün hərbi, təhlükəsizlik və maliyyə strukturlarını aşkarlamağa yönəlib.
Təşkilatın “ByLock” tətbiqinin istifadəçisi olduğu müəyyən edilən şəxslər çoxlu sayda rəqəmsal materialla birlikdə ələ keçirilib./axar.az/