TÜRKİYƏDƏ BÖYÜK ƏMƏLİYYAT – Terrorçuların 82 mağarası məhv edildi + VİDEO
Jandarma Baş Komandanlığı, Terrorla Mübarizə və Kəşfiyyat İdarəsi Türkiyənin 8 vilayətində terrorçulara qarşı əməliyyat keçirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” sosial media hesabından paylaşım edib.
“Yaz aylarında terrorçuluq fəaliyyətləri üçün mağara və sığınacaqlarda gizlədilən müxtəlif silah, sursat və partlayıcı maddələrin məhv edilməsi məqsədilə təşkil edilən “Bozdoğan-28” əməliyyatı 8 vilayətdə aparılıb. Terrorçuların 82 mağara və sığınacağı məhv edilib. Mağaralarda əldəqayırma partlayıcı maddələr, yüzlərlə döyüş sursatı, ov tüfəngi, ammonium nitrat və C4 partlayıcısı ələ keçirilib. “Bozdoğan-28” Tunceli, Şırnak, Bingöl, Mardin, Diyarbəkir, Bitlis, Siirt və Hatayda aparılıb”,-deyə paylaşımda qeyd olunb.
“AzPolitika.info”