Saat:18:19
Haqqımızda

Türkiyədə bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb

2024-11-04 15:01:40

Türkiyədə bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb

Türkiyənin Kırıkkale vilayətində Balışeyh bələdiyyə sədri Hilmi Şenə silahlı hücum olub.

Trend bu barədə “CNN Türk”-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə Kırıkkale vilayətinin Balışeyh şəhərində baş verib. Balışeyh bələdiyyə sədri Hilmi Şen, bir şəxs tərəfindən silahla vurulub. O, ilkin tibbi müdaxilədən sonra şəhərin mərkəzindəki xəstəxanaya çatdırılıb. Hadisə ilə əlaqəli şübhəli polis tərəfindən saxlanılıb.

ildirilib ki, o, yerləşdirildiyi xəstəxanada ölüb. Həmçinin bələdiyyə sədrinin sürücüsü Mikail Çelikkol da həyatını itirib, daha 3 nəfər isə yaralanıb.

Saxlanılan şəxsin bələdiyyə sədrinin qohumu olduğu müəyyənləşib.

Qeyd edək ki, H.Şen bu ilin martında keçirilən bələdiyyə seçkilərində qalib gəlib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.194585