Türkiyədə baş verən güclü zəlzələdən SON GÖRÜNTÜLƏR

2022-11-23 12:16:00

Türkiyədə baş verən güclü zəlzələdən SON GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Türkiyənin Düzce rayonunda 5,9 bal gücündə zəlzələ olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 04:09-də qeydə alınan zəlzələ yerin 6,81 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar İstanbul, Ankara, Əskişəhər, Bursa, Kocaeli, Sakarya, Bolu, Ədirnə və bəzi ətraf şəhərlərində də hiss olunub.

Zəlzələ ilə bağlı İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, ölkənin daxili işlər naziri Süleyman Soyulu tviter hesablarında paylaşım ediblər. Onlar təbii fəlakət nəticəsində hələ ki, insan təlafatı barədə məlumat daxil olmadığını bildiriblər.

Qeyd edək ki, son məlumatlara görə zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.

Musavat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.133290