Türkiyədə avtobus beton səddə çırpıldı: yaralılar var
2025-03-03 19:57:49
(29).jpg)
Bu gün Ankaranın Gölbaşı rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Hurriyyet.Az xəbər verir ki, Adanadan paytaxta doğru hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirərək beton səddə çırpılıb.
Nəticədə 16 nəfər yaralanıb, sərnişinlərdən 5 nəfərin isə vəziyyəti ağırdır.
Hadisə baş verən əraziyə polis və tibbi briqadalar cəlb olunub.
Məlumata görə, qəza baş verən an avtobusda 32 sərnişin olub.
