Türkiyədə 2015-ci ildə terror aktının iştirakçıları ömürlük həbsə məhkum edilib
2024-07-02 00:32:15

Türkiyə məhkəməsi 2015-ci il oktyabrın 10-da Ankarada ölkə tarixinin ən böyük terror aktı ilə bağlı təqsirləndirilən şəxslərə ömürlük həbs cəzası verib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, həbsdə olan 10 təqsirləndirilən şəxsdən yalnız 9-u terrorçu qruplaşmanın fəaliyyətində iştirak və qəsdən adam öldürmə ittihamı ilə ağırlaşdırıcı hallarla ömürlük azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2018-ci ildə 9 təqsirləndirilən şəxs barəsində ömürlük həbs qərarı çıxarılsa da, təqsirləndirilən şəxslərin vəkilləri apellyasiya şikayəti verib. \\Report.Az
