"Türkiyədə 1 milyona yaxın insana yardım göstərilib" – Ərdoğan

2023-02-27 17:00:00

"Vətəndaşlarımız üçün kirayə yardımlarını 2000 lirədən 3000 lirəyə qaldırmışıq".

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda keçirdiyi brifinq zamanı deyib.

“Zəlzələdən zərər görən hər bir kəsə köçməklərinə görə 15 min lirəlik yardım edəcəyik. Həmçinin zəlzələdə vəfat edən vətəndaşlarımızın yaxınlarına 100 min lirə yardım edirik.

Fəlakətdən zərər görən vətəndaşlarımıza isə 10 min lirə yardım veririk. Ölkə üzrə yardım göstərilərək ödəmə edilən vətəndaş sayı 1 milyona yaxınlaşıb”, – deyə Ərdoğan vurğulayıb.

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.154890