Türkiyə yolları bağladı, İsrail Prezidenti COP-29-a gəlmədi
2024-11-18 14:57:52
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyən İsrail Prezidenti İshaq Hersoqin təyyarəsinin öz hava məkanına daxil olmasına icazə verməyib. Bu səbəbdən də İsrail Prezidenti BMT-nin Bakıda keçirilən COP 29 iqlim konfransında iştirak etməyib.
"Sabah" qəzetinin yazdığına görə, bu xəbər Türkiyə hökumətindəki mənbələr tərəfindən təsdiqlənib.
İsrail Prezidentinin ofisindən verilən məlumatda Hersoqun Azərbaycana səfərinin təhlükəsizlik məsələləri ilə əlaqədar ləğv edildiyi bildirilmişdi.
Hürr Tərcüman