Saat:18:38
Haqqımızda

Türkiyə və Ermənistan arasında buzlar əriyir? — AÇIQLAMA

2023-02-15 21:01:00

Türkiyə və Ermənistan arasında buzlar əriyir? — AÇIQLAMA

"Məlum olduğu kimi, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ankaraya səfər edib. Ermənistan və Türkiyə xarici işlər nazirləri Ararat Mirzoyan ilə Mövlud Çavuşoğlu sərhədin tam açılması və sərhəddəki körpünün birgə təmiri üzrə işləri davam etdirmək barədə razılığa gəliblər. Hazırda əldə olunan məlumatlar bir daha onu göstərir ki, məhz bu görüşün  məram və məqsədi münasibətlərin daha da tənzimlənməsi, daha da yaxınlaşdırılmasıdır".

Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. Millət vəkili diqqətə çatdırıb ki, Ermənistanın xarici işlər naziri görüş zamanı bir çox məsələləri bəyan etdi:



"Mirzoyan görüş zamanı açıqladı ki, Ermənistan münasibətləri tam şəkildə tənzimləməyə çalışır, regionda sülhün bərqərar olmasında, Türkiyə ilə münasibətlərin tam normal olmasında, diplomatik münasibətlərin qurulmasında maraqlıdır. Ankarada keçirilən görüşdə Çavuşoğlu da qeyd etdi ki, bu proseslərlə bağlı bəzi detallara da aydınlıq gətirilib. Eyni zamanda, zəlzələ nəticəsində Ermənistan tərəfinin də yardımları yüksək qiymətləndirilib.  Onu da qeyd etmək lazımdır ki, təbii fəlakət zonasına Ermənistan tərəfindən 28 xilasedici, 100 ton isə yardım gətirilib. Məqsəd ondan ibarətdir ki, iki ölkə arasında münasibətlər normallaşsın, başlanmış danışıqlar isə davam etdirilsin".

Aynurə

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR