Saat:04:30
Haqqımızda

"Türkiyə və Azərbaycanda keçirilən prezident seçkisi oxşar seçki mədəniyyətinin təcəssümüdür" - ETİBAR ƏLİYEV

2024-02-08 11:18:55

"Xalq olaraq ağır imtahanlardan şərəflə çıxdığımızdan qazanılan hər bir uğur Zəfərimizin və Seçimimizin fəlsəfəsini zənginləşdirəcək"

"Qardaş Türkiyədə keçirilən prezident seçkisindən sonra ölkəmizdə keçirilən prezident seçkisi oxşar seçki mədəniyyətinin təcəssümüdür. Seçkilərin yüksək səviyyədə təşkil olunması, iki qardaş xalqın öz liderlərinə münasibəti bütün dünya üçün örnək oldu". Hurriyyet.az xəbər verir ki, bunu millət vəkili Etibar Əliyev qeyd edib.

Millət vəkili bildirib ki, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dünyanın çox mürəkkəb bir dönəmində xalqlarını təhdidlərdən qorumaq üçün bütün güclərini ortaya qoydular: "Seçkilərdə iki qardaş xalqın iradəsinin qətiyyəti iki böyük şəxsiyyətin fəaliyyətinə verilən yüksək qiymətdir. Bu qətiyyət hələ uzun illər davam edəcək. Ölkəmizdə keçirilən prezident seçkiləri barədə hər bir seçici öz təəssüratlarını bölüşür. İnsanların sevinc hissi, emosiyası heç zaman yaddaşlardan silinməyəcək".

Etibar Əliyevin fikrincə, Prezident İlham Əliyevin ailə üzvləri ilə birgə Xankəndidə səs verməsi seçkiyə xüsusi məzmun verdi: "Çox hörmətli İlham Əliyevin "Biz birlikdə güclüyük!" paradiqması döyüş meydanında, arxa cəbhədə, keçirilən seçkidə öz identikliyini göstərdi. Biz təhsil, iqtisadiyyat, elm, mədəniyyət, səhiyyə sahələrində daha böyük inkişafa nail olacağıq. Xalq olaraq ağır imtahanlardan şərəflə çıxdığımızdan qazanılan hər bir uğur Zəfərimizin və Seçimimizin fəlsəfəsini zənginləşdirəcək. Biz yaşadığımız əsrin qalib xalqı olmaqla yanaşı, həm də əsrimizin sivil xalqıyıq. Prezident seçkiləri bütün dünyaya sübut etdi ki, Azərbaycan xalqı yenilməz və iradəli xalqdır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.207828