Saat:21:17
Haqqımızda

Türkiyə: Ukraynaya silah satdığımıza görə Rusiya narahatdır?

2021-07-29 12:35:00

Türkiyə: Ukraynaya silah satdığımıza görə Rusiya narahatdır?

Moskva Türkiyənin Ukraynaya silah satmasına görə narahat olmamalıdır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin müşaviri Mücahid Küçükyılmaz deyib.

“Türkiyə bir ölkə ilə münasibətləri yoluna qoyaraq, digərləri ilə problemlər yaratmır. Biz almanı armuddan ayıra bilirik. Türkiyə fərqli ölkələrlə eyni anda çoxşaxəli münasibətləri və əlaqələri dəstəkləmək üçün imkan və diplomatik bacarıqlara sahibdir. Biz fərqli ölkələrlə münasibətləri öz ehtiyaclarımız və maraqlarımıza müvafiq olaraq davam etdirəcəyik. Bununla əlaqədar olaraq müttəfiqlərimiz, dostlarımız və tərəfdaşlarımız narahat olmamalıdırlar”, – deyə o bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR