Saat:06:40
Haqqımızda

Türkiyə Ukraynanın bərpasında iştirak edəcək

2022-08-18 21:12:00

Türkiyə Ukraynanın bərpasında iştirak edəcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki,  bu gün Lvov şəhərində Ukrayna Prezidenti Vladimir Zelenski ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı Türkiyənin Ticarət naziri Mehmet Muş ilə Ukraynanın İnfrastruktur naziri Aleksandr Kubrakov Ukraynanın infrasturkturunun bərpası ilə bağlı qarşılıqlı razılaşma memorandumu imzalayıblar.

Razılaşmaya əsasən, yaxın zamanda bərpa məsələsi ilə bağlı birgə işçi qrupu yaradılacaq. Qrup Türkiyədən investisiya cəlb edilməsi mexanizmlərinin hazırlanması ilə məşğul olacaq, həmçinin əməkdaşlıq üçün konkret layihələri inkişaf etdirəcək.

Kubrakov qeyd edib ki, Türkiyə biznesi Ukraynada yol və körpü tikintisində, o cümldədən Zaporojye və Kremençuk körpülərinin tikintisində böyük təcrübəyə malikdir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR