Türkiyə Ukraynadan taxıl ixracına töhfə verməyə hazır olduğunu açıqlayıb

2022-06-07 22:57:00

Türkiyə Ukraynadan taxıl ixracına töhfə verməyə hazır olduğunu açıqlayıb

Rəsmi Ankara Ukrayna limanlarından taxıl ixracının təhlükəsizliyinin təmin edilməsi çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akarla Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında baş tutan telefon danışığı zamanı qeyd olunub.

“Ərzaq böhranı ilə əlaqədar taxıl, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması üçün görülə biləcək tədbirlərə diqqət yetirilib. Türkiyə humanitar yardım sahəsində dəstək verməyə sadiqdir və bir daha regionda sülhə nail olmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib”, - Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.\\Cebhe.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya