Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

2022-04-23 20:41:00

Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb

Türkiyə Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikasına gedərkən təyyarədə jurnalistlərin suallarını cavablandırkən deyib.

"Rusiyanın Suriyaya gedən hərbi təyyarələri, eləcə də mülki təyyarələr üçün hava məkanını bağladıq. 3 aydır icazə verirdik. Aprelə qədər icazələri var idi”, - Çavuşoğlu bildirib.

Rusiyalı iş adamlarının Türkiyəyə gəlməsi ilə bağlı sualı cavablandıran Çavuşoğlu, “Biz sanksiyalara qatılmayan bir ölkəyik, əgər şirkət iş görmək istəyirsə, bizim qanunlarımıza, beynəlxalq hüquq normalarına əməl etməlidir”, - vurğulayıb. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya