Türkiyə suriyalı qaçqınların vətənə qayıtmasına yardım edəcək

2022-05-03 15:43:00

Türkiyə suriyalı qaçqınların vətənə qayıtmasına yardım edəcək

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ölkəsinin yüzminlərlə suriyalı qaçqının vətənlərinə dönməsinə yardım edəcəyini bildirib.

Ərdoğan İdlibdə yerləşdirilən şəxslərə evlərin təqdim edilməsi mərasiminin iştirakçılarına müraciətlə çıxış edib.

Türkiyə bir milyon nəfər suriyalı qaçqının könüllü surətdə vətənlərinə qayıtmasına imkan verən layihə hazırlayır.

Layihə Türkiyədəki və beynəlxalq qeyri-hökumət təşkilatlarının dəstəyi ilə reallaşacaq. Ərdoğan bu açıqlamanı Türkiyədə fəaliyyət göstərən 12 QHT-nin səyi ilə Suriyada tikilmiş evlərin istifadəyə verilməsi mərasimində nümayiş etdirilən videomüraciətində söyləyib.

Yeni tikilən evlər Suriyanın şimalındakı təhlükəsizlik zonalarında illərlə çadırlarda yaşıyan suriyalıların həyat şəraitini yaxşılaşdıracaq. Onun sözlərinə görə, ümumilikdə 77 min ev tikilməsi planlaşdırılıb, onlardan 57 306 ədədinin tikintisi artıq tamamlanıb. Bu evlərdə məskunlaşdırılan suriyalılar üçün məscidlər, tibbi mərkəzlər, çörəkbişirmə sexləri, sosial obyektlər, uşaq parkları da istifadəyə veriləcək. Artıq 50 minə yaxın ailə bu evlərdə məskunlaşdırılıb. Gələcəkdə bu evlərin sayının 100 min ədədə çatdırılması nəzərdə tutulur.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya