Saat:19:45
Haqqımızda

"Türkiyə siyasi səhnəsi ciddi dəyişikliklər ərəfəsindədir" - XAQANİ CƏFƏRLİ

2024-05-10 12:44:10

"Sinan Atəşin qatili Eray Özyağcın Ankaradan İstanbula 06 AT 5021 nömrə nişanlı "Audi" markalı avtomobillə qaçırılıb, çox maraqlıdır ki, polis bu faktı aşkarlasa da, qətllə bağlı məhkəməyə göndərilən iddianamədə bu fakt yer almayıb"

"Ülkü Ocaqlarının keçmiş sədri Sinan Atəşin qatilinin Ankaradan İstanbula qaçıran avtomobilin dövlət nömrə nişanın açıqlanması Türkiyə siyasətini tamamilə dəyişə bilər. Üzə çıxan məlumata görə, Sinan Atəşin qatili Eray Özyağcın Ankaradan İstanbula 06 AT 5021 nömrə nişanlı "Audi" markalı avtomobillə qaçırılıb. Çox maraqlıdır ki, polis bu faktı aşkarlasa da, qətllə bağlı məhkəməyə göndərilən iddianamədə bu fakt yer almayıb". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, 06 AT 5021 nömrə nişanı Ülkü Ocaqlarına Daxili İşlər Nazirliyi tərəfindən təsis edilib və belə nömrə nişanı olan avtomobillərin toxunulmzalığı olur, onları polis saxlaya bilməz: "Bu faktın üzə çıxması Türkiyə siyasətini sirkələməyə başlayıb. Faktla bağlı istintaqın obyektiv aparılacağı halda cinayətin izi Milliyyətçi Hərəkat Partiyasına və bu partiyanın lideri Dövlət Baxşalıya qədər uzana bilər. Dövlət Baxşalının son günlər əsəbi davranışları, təhdidləri də bununla izah olunur. Belə görünür ki, “qoca qurd” prosesin hansı istiqamətdə getdiyini anlayır, ona görə də son təsir imkanlarını işə salaraq özünü qorumağa çalışır".

Xaqani Cəfərli iddia edir ki, Türkiyə siyasi səhnəsi ciddi dəyişikliklər ərəfəsindədir və bu prosesin Azərbaycana da təsirləri olacaq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.188205