“Türkiyə silahları rusiyalı hərbçilərin öldürülməsi üçün istifadə edilir”
“Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik niyyəti fonunda anlaşılmazlıq yaradır”.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Hürriyet” qəzetinə müsahibəsində deyib.
“Təəssüf ki, Ankara hərbi-texniki sahədə Kiyev rejimi ilə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən rusiyalı hərbçilərin və mülki vətəndaşların öldürülməsi üçün istifadə edilir. Türkiyənin öz vasitəçilik xidmətlərini təqdim etməyə hazır olması ilə bağlı açıqlamaları fonunda, bu, anlaşılmazlıq yaratmaya bilməz”, - deyə Lavrov qeyd edib.
Bununla belə, XİN rəhbəri bildirib ki, Rusiya Türkiyənin Ukrayna böhranını tənzimləməyə yardımla bağlı səylərini qiymətləndirir: “2022-ci ilin yazında məhz Türkiyə Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün İstanbul platformasını təqdim etdi, taxıl sazişinin bağlanmasına töhfə verdi”.
Qafqazinfo.az