Türkiyə səfirliyi BƏYAN ETDİ: Sərhədləri Azərbaycan bağlayıb... - "Sərhədlər sentyabrın 1-nə qədər bağlıdır"

2022-07-01 17:56:00

Türkiyə səfirliyi BƏYAN ETDİ: Sərhədləri Azərbaycan bağlayıb... -

Xəbər verdiyimiz kimi, bu gün sosial şəbəkələrdə Naxçıvanda Azərbaycan-Türkiyə sərhədinin bağlanmasına dair məlumat yayılıb. Vətəndaşlar ötən gündən etibarən Sədərək keçid məntəqəsindən Türkiyəyə buraxılmayıb.

Hurriyyet.az xəbər verir ki, “Qafqazinfo” məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən məsələdən xəbərdar olduqlarını, belə bir qərarın Azərbaycan tərəfindən verildiyini bildiriblər.

“Azərbaycan bütün quru sərhədlərini bağlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın bununla bağlı qərarı var. Sərhədlər sentyabrın 1-nə qədər bağlıdır”, - deyə Səfirlikdən qeyd olunub.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058319