Türkiyə sahillərində Rusiya tankerinə hücum edilib
2025-12-02 11:55:00
Hurriyyet.az xəbər verir ki, Türkiyə sahillərində Rusiya tankerinə hücum edilib.
Rusiyadan Gürcüstana günəbaxan yağı daşıyan "Midvolga 2" tankerinə Qara dənizdə, Türkiyə sahillərindən təxminən 80 dəniz mili məsafədə hücum edilib. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat verib.
Nazirliyin məlumatına görə, heyət hücum barədə siqnal ötürməyi bacarıb və gəmidəki vəziyyət sabit olaraq qalır.
Açıqlamada deyilir: "Midvolga 2" tankeri sahillərimizdən 80 mil məsafədə hücum barədə məlumat verib. 13 heyət üzvünün vəziyyəti qənaətbəxşdir, heç kim xəsarət almayıb və kömək üçün heç bir müraciət daxil olmayıb. Gəmi Sinop limanına doğru irəliləməyə davam edir".
Hürr Tərcüman
