Türkiyə-Rusiya sövdələşməsi rublla aparıldı

2022-12-22 14:14:00

Türkiyə-Rusiya sövdələşməsi rublla aparıldı

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Viktoriya Abramçenko yerli NTV kanalına müsahibəsində Rusiyanın bu payız ilk dəfə Türkiyəyə rublla taxıl satdığını bəyan edib. Onun sözlərinə görə, bu təcrübə uğurlu olub: “Türkiyə ilə eksperiment payızda aparıldı. Bir sövdələşmənin hesabları rublla aparıldı. Lakin hələlik, bu sınaq olaraq qalıb, qaydaya çevrilməyib. Uğurlu keçdi. Deməli, mümkündür”.

Onun sözlərinə görə, Rusiyanın Mərkəzi Bankı dost ölkələrlə rublla hesablaşmaq məsələsi üzərində fəal şəkildə çalışır.

Abramçenko qeyd edib ki, hazırda Rusiya dünyanın 150 ölkəsinə ərzaq ixrac edir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.158738