Türkiyə Rusiya qazını rublla almağa başlayacaq

2022-08-05 22:33:00

Türkiyə Rusiya qazını rublla almağa başlayacaq

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ilə rusiyalı həmkarı V.Putin bu gün Soçi şəhərində keçirilən görüş zamanı Rusiya qazının rubla alınması barəsində razılığa gəliblər. Bu bardə məlumatı Rusiya Baş nazirinin müavini Aleksandr Novak verib: “Biz tədriclə milli valyuta ilə ödənişlərə keçirik, tədarüklərin bir qisminin pulu artıq rublla ödəniləcək. Bu, həqiqətən də yeni imkanlar açan yeni mərhələdir. Bizim pul-maliyyə münasibətlərimizin imkanlarını artıracaq”.

Rusiya Türkiyəyə ildə 26 milyard kubmetrə qədər qaz satır.

Novak rusiyalı vətəndaşların turist səfərləri və ticarət zamanı milli valyutalardan istifadə eləmək imkanının olmasının zəruri olduğunu da deyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061029