Türkiyə Rusiya qazını lirə ilə ala bilər

2022-09-16 21:19:00

Türkiyə Rusiya qazını lirə ilə ala bilər

Hurriyyet.az xəbər verir ki, “Blumberq” (Bloomberg) agentliyi adının çəkilməsini istəməyən Türkiyə məmurlarına istinadla Türkiyə Prezidenti R.T.Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin ilə Səmərqənddə ŞƏT sammitində görüşü zamanı Rusiya qazının 25% endirimlə alınması imkanlarını müzakirə edəcəyini xəbər verib. Məlumatı verən mənbə Prezident Ərdoğanın qazın bir qisminin lirə ilə alınması məsələsini qaldıracağını da əlavə edib.

Yazıda deyilir ki, Prezident Ərdoğan Türkiyə iqtisadiyyatını tənzimləmək üçün RF ilə daha sıx maliyyə əlaqələri qurmağa can atır.

Xatırladaq ki, RF Baş nazirinin müavini Aleksandr Novak  Türkiyənin tələbatının artacağı təqdirdə, Rusiyanın  qaz tədarükünü artıra biləcəyini xəbər vermişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062586