Türkiyə: “Rusiya Krımı Ukraynaya qaytarmalıdır”

2022-08-24 12:35:00

Türkiyə: “Rusiya Krımı Ukraynaya qaytarmalıdır”

Hurriyyet.az TRT kanalına istinadla xəbər verir ki,  Türkiyə Rusiya ilə müqavilə imzalanacağı təqdirdə Krımın Ukraynaya verilməli olduğunu bəyan edib.

Türkiyə Prezidentinin rəsmi təmsilçisi İbrahim Kalın CNN teleşirkətinə müsahibəsində bildirib ki, Rusiya ilə Ukrayna arasında razılaşma imzalanacağı təqdirdə, Krım yenidən Ukrayna ərazisi olmalıdır.

Kalın deyib: “Krımın Rusiyaya ilhaqı qanunsuzdur və 2014-cü ildən bəri Türkiyənin bu məsələ ilə bağlı mövqeyi dəyişməyib. Krım Ukrayna ərazisinin bir parçasıdır. Bu, imzalanacaq istənilən müqavilənin əsası olmalıdır”.

Xatırladaq ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Krım Platforması Liderləri sammitinə göndərdiyi videomesajda Krımın Ukraynanın ayrılmaz hissəsi olduğunu bəyan etmişdi. Ərdoğan deyib: “Krımın ayrılmaz parçası olduğu Ukraynaya qaytarılması ən əsası, beynəlxalq hüququn təmin edilməsi üçündür”.

Hürr Tərcüman 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.062268