"Türkiyə riskli siyasət qurub, ABŞ-ın açıqlaması Ankaraya ciddi xəbərdarlıqdır"- QUBAD İBADOĞLU

2022-08-23 12:17:00

"Əgər nəzərə alınmazsa pis nəticələr doğura bilər, Türkiyə iqtisadiyyatı isə hazırkı durumunda Qərb sanskiyalarına qarşısında dayana bilməz"

"Bəziləri iddia, hətta bəzən mübahisə də edirdlər ki, Türkiyənin Rusiya ilə bu qədər yaxınlaşması ABŞ-ın razılığı olmadan baş verə bilməz. Baxın, ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo türkiyəli həmkarı Yunus Elitaş ilə telefon danışığı zamanı bildirib ki, Rusiyanın hüquqi və fiziki şəxsləri ABŞ və Qərbin sanksiyalarından yan keçmək üçün Türkiyədən istifadə etməyə çalışırlar. O Rusiyanın hüquqi və fiziki şəxslərinin ABŞ və 30 ölkənin tətbiq etdiyi sanksiyalardan yayınmaq üçün Türkiyədən istifadə etməyə çalışmasından narahatlığını ifadə edib". "Hürriyyət"in məlumatına görə, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.

Onun fikrincə, Türkiyə riskli siyasət qurub, ABŞ-ın belə açıqlaması Ankaraya ciddi xəbərdarlıqdır: "Əgər nəzərə alınmazsa pis nəticələr doğura bilər, Türkiyə iqtisadiyyatı isə hazırkı durumunda Qərb sanskiyalarına qarşısında dayana bilməz. Odur ki, nəticə çıxarmaq lazımdır. Xüsusilə də nəzərə alsaq ki, enerji daşıyıcılarına görə, Türkiyə ilə Rusiya arasında ticarət dövriyyəsində qarşı tərəf yüksək müsbət saldoya malikdir və belə ticarət Türkiyədən çox Rusiyanın işinə yarayır, rublu möhkəmlədir, lirəni zəiflədir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.056960