Türkiyə rəsmisi: "COP29 yüksək səviyyədə keçirilir"
2024-11-16 00:24:57
"Azərbaycan COP29-u yüksək səviyyədə keçirir".
Hurriyyet.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında Türkiyənin sənaye və texnologiya nazirinin müavini Muhammet Kasim Gönüllü bildirib.
O, həmçinin ölkəsinin COP31-i keçirməyə iddialı olduğunu xatırladıb: "Türkiyə bu tədbiri Antalyada keçirməyi planlaşdırır. Hazırda müzakirələr aparılır. İnanırıq ki, razılıq veriləcək".
