Türkiyə qonşu ölkələrin ərazilərində antiterror əməliyyatları keçirib
2024-07-26 14:45:19
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri İraq və Suriya dövlətlərinin şimal ərazilərində 15 nəfərə yaxın terrorçunu zərərsizləşdiriblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyini məlumat verib.
Nazirliyin sosial şəbəkələrdəki açıqlamasında deyilir: "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qəndil, Asos, Qara, Hakurk bölgələrində aşkar etdiyi 11 PKK terrorçusunu, Suriyanın şimalındakı "Fərat qalxanı" əməliyyatı bölgəsində aşkar etdiyi 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
Hürr Tərcüman