Türkiyə qlobal taxıl dəhlizinin qurulmasında “açar ölkə”dir – BMT, Ukrayna və Rusiya ilə birlikdə “İstanbul planı” hazırlanacaq

2022-06-02 19:12:00

Türkiyə qlobal taxıl dəhlizinin qurulmasında “açar ölkə”dir – BMT, Ukrayna və Rusiya ilə birlikdə “İstanbul planı” hazırlanacaq

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu tezliklə Türkiyə, Ukrayna, BMT və Rusiya arasında texniki görüş keçiriləcəyini bildirib. Görüşdə məqsəd İstanbulda Ukranyanın taxılla yüklənmiş gəmilərinin dənizə çıxarılmasına nəzarət mexanizminin yaradılmasıdır.

Bundan əvvəl xəbər verilmişdi ki, taxıl yüklü gəmilərin limanlardan çıxması üçün BMT dörd tərəfdən (Rusiya, Ukrayna, Türkiyə, BMT) ibarət təmas qrupunu yaratmağı təklif edir.

Çavuşoğlu qeyd edib ki, Ukrayna taxılı ilə yüklənmiş gəmilərin dənizə çıxarılması üçün minalardan təmizlənmiş təhlükəsiz dəhliz yaratmaq planlaşdırılır.

Çavuşoğlu deyib: “Biz – BMT, Türkiyə, Rusiya və Ukrayna bu istiqamətdə çalışırıq. Bu prosesə qoşulmaq istəyən ölkələrdən müraciətlər alırıq. Burada rəqabət yoxdur, lakin hər kəs Türkiyəni açar ölkə olaraq görür, biz hər iki tərəfin etibarını qazanmışıq. Biz İstanbulda mərkəz yaradacağıq, qarşıdakı günlərdə keçiriləcək texniki görüşdə bu mexanizmi müzakirə edəcəyik”.

“Anadolu Agentliyi”nin verdiyi məlumata görə, dünya ərzaq böhranının həllinə töfhə olacaq “İstanbul planı” çərçivəsində dünya bazarlarına 20 milyon ton taxıl çıxarılması planlaşdırılır.

 

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya