Türkiyə Qırğızıstanın xarici borcunu silib
2024-11-05 13:08:03
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, Bişkekdəki Prezident Sarayında Türkiyə Prezidenti R.T.Ərdoğanın başçılıq elədiyi nümyəndə heyəti ilə Qırğızıstan Prezidenti Sadır Japarovun başçılıq elədiyi nümayəndə heyəti iki ölkə arasında 19 müqavilə imzalayıblar.
Müqavilələrdən birinə əsasən, Türkiyə Qırğızıstanın xarici borçunu silib. "Yaşıl" iqtisadiyyat layihələrinin qarşılığında Türkiyə Qırğızıstanın 62,3 milyon dollar məbləğində xarici borcunu silib.
Bu barədə məlumatı Sadır Japarov həmkarı R.T.Ərdoğanla danışıqlardan sonra verib.
Hürr Tərcüman