Saat:05:16
Haqqımızda

Türkiyə Qəzzanın bərpasında iştirak edəcək

2025-10-24 16:12:00

Türkiyə Qəzzanın bərpasında iştirak edəcək

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ölkəsinin İran körfəzi dövlətləri ilə birlikdə Qəzzanı bərpasında iştirak edəcəyini bəyan edib. Prezident əvvəlcə inşaat texnikası ilə işlər görüləcəyini, ardından infrastrukturun bərpasına başlayacaqlarını qeyd edib.
Ərdoğan İran körfəzi ölkələrinə üçgünlük səfərdən qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı deyib: " Qəzzanın bərpası asan məsələ deyil. Başqa ölkələrlə, o cümlədən, İran körfəzi ölkələri ilə bu addımı atacağımıza inanıram".
Ərdoğan deyib: "Təəssüf ki, İsrail hücumları Qəzzanın infrastrukturunu dağıdıb. İndi burada ciddi işlər görülməlidir. Əvvəlcə tikinti avadanlıqlarından istifadə olunacaq, ardınca infrastrukturun bərpası üçün tədbirlər görüləcək. Qəzza illərdir bütün bəşəriyyət üçün rüsvayçılıq olan vəhşiliklərə dözüb. Qəzzadakı qardaşlarımız və bacılarımız üçün ləyaqətli və firavan bir gələcək hazırlamaq üçün birlikdə çalışmalıyıq. Türkiyə bu məqsədə çatmaq bütün imkanlarından istifadə edərəcək".
Hürr Tərcüman

 


Load Time (S) : 0.185346