Türkiyə PUA-larının Qarabağ zəfərindəki rolu dünyada müharibə texnikalarını dəyişir - Ərdoğan

2023-01-09 16:44:00

Türkiyə PUA-larının Qarabağ zəfərindəki rolu dünyada müharibə texnikalarını dəyişir - Ərdoğan

"Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) Qarabağ zəfərinin əldə olunmasındakı rolu ilə dünyada müharibə texnikalarını dəyişir".

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni nəsil haubitsaların təqdimat mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, haubitsalar Türkiyənin gücünə güc qatacaq.

"20 il əvvəl cəmi 248 milyon dollar olan müdafiə ixracımız keçən il 4 milyard 400 milyon dollarla rekord qırdı. 2002-ci ildə müdafiə sənayesində cəmi 56 şirkət fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2 mini keçib. Müdafiə sənayesində tədqiqat və inkişafa ayrılan illik büdcənin 49 milyon dollardan 1,5 milyard dollara yüksəldiyi günlərə çatdıq", - deyə R. T. Ərdoğan əlavə edib.

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.152434