Türkiyə Prezidenti rusiyalı həmkarı ilə danışdı

2023-01-16 19:41:00

Türkiyə Prezidenti rusiyalı həmkarı ilə danışdı

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezdenti R.T.Ərdoğan ilə rusiyalı həmkarı V.Putin telefonla danışıblar.

Rusiya Prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir: “Hər iki tərəf Rusiya-Türkiyə əməkdaşlığının gələcəkdə kompleks inkişafına kökləndiklərini təsdiq ediblər. Energetika sahəsində əməkdaşlıq, o cümlədən Rusiyanın təbii qazının tədarük edilməsi və Türkiyədə regional qaz qovşağının yaradılması – prioritet məsələlərdir”.

Ərdoğanla Putin həm də Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması, Ankaranın Rusiya, Türkiyə və Suriya nümayəndələrinin iştirakı ilə məsələhətləşmə təşəbbüsü məsələlərini müzakirə ediblər. Ankara, Moskva və Tehranın Astana prosesi çərçivəsində birgə işinin praktiki əhəmiyyəti də qeyd edilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143723