Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, 31 hədəf məhv edilib
2023-09-16 15:19:30

Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, sentyabrın 13 və 15-də İraqın şimalında həyata keçirilən hava əməliyyatlarında aralarında məsul terrorçular da daxil olmaqla onların istifadə etdiyi 31 hədəf məhv edilib.
Bildirilib ki, icra olunan əməliyyatlar zamanı yerli silah və sursatlardan istifadə edilərək çox sayda terrorçu zərərsizləşdirilib.
Nazirlik bəyan edib ki, son terrorçu məhv edilənə qədər terrorla mübarizə davam etdiriləcək.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya