"Türkiyə NATO-da ev sahibidir"
2023-01-25 15:03:00

Hurriyyet.az xəbər verir ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömer Çelik Türkiyənin Şimali Atlantika alyansından çıxmasından danışmağın ağılsızlıq olduğunu, ölkəsinin NATO-nun qurucularından olduğunu söyləyib.
CNN kanalına müsahibə verən Çelik “Vətən” partiyasının Türkiyənin NATO-dan çıxması üçün başladığı irimiqyaslı kampaniya barəsində danışarkən deyib: “Biz NATO-da ev sahibiyik. Bizi oradan kim çıxarır? Biz NATO-nun qurucu qüvvəsiyik”.
Çelik NATO-nun bütün missiyalarının əsas ölkəsi olduğunu bildirərək deyib: “Bunların bundan danışmaq hüququ yoxdur. Danışqdıqları məsələ NATO-nu ləğv eləmək deməkdir”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya