Türkiyə Müdafiə Nazirliyi: “İraqın şimalında əməliyyat keçirdik”

2023-04-19 12:36:00

Türkiyə Müdafiə Nazirliyi: “İraqın şimalında əməliyyat keçirdik”

Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalındakı Qara bölgəsində 6 nəfər PKK terrorçusunun  zərərsizləşdirildiyini bəyan edib. Nazirliyin “Tvitter” hesabındakı açıqlamada deyilir: “Durmadan, yorulmadan hinlərini başlarına yıxmağa davam! İraqın şimalındakı Qara bölgəsində 6 PKK terrorçusu zərərsizləşdirilib. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz terror yuvalarını yerlə bir eləməyə əzm və qətiyyətlə davam edəcəkdir!”

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.245345