Türkiyə MN məlumat yaydı: Azərbaycanla birgə təlim...

2021-09-14 16:46:00

Türkiyə MN məlumat yaydı: Azərbaycanla birgə təlim...

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə yaradılan "Qardaş Briqada" layihəsi çərçivəsində Çanaqqalaya göndərilən Azərbaycan hərbçilərinin hərbi təlimləri davam edir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi Tviter səhifəsində məlumat yayıb.

Təlimlər Çanaqqalanın 18-ci Mexanikləşdirilmiş Piyada Briqadası Komandanlığının Qərargahında davam etdirilir.