Saat:09:45
Haqqımızda

Türkiyə MİT PKK-nın qadın rəhbərlərindən birini zərəsizləşdirib

2023-11-20 23:33:25

Türkiyə MİT PKK-nın qadın rəhbərlərindən birini zərəsizləşdirib

Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) İraqın şimalında yerləşən Süleymaniyyə şəhərində əməliyyat keçirib.

BAKU.WS "CNN türk"ə istinadən xəbər verir ki, PKK/KCK terror təşkilatı üçün pul toplayan və heyətlə təmin edən "Jiyan Mardin" kod adlı Gülsüm Doğan zərərsizləşdirilib.

"Jiyan Mardin" 2006-cı ildə terror təşkilatına qatılıb. MİT tərəfindən müəyyən edilib ki, təşkilatın yüksək səviyyəli rəhbərləri ilə yaxın təmasda olan terrorçu aldığı təlimata uyğun olaraq bölgə xalqından vergi adı altında zorla pul toplayıb və həmin pulları Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirmək üçün istifadə edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.590267