Saat:17:42
Haqqımızda

Türkiyə meşələrinə od vuranlar ermənilərdir – ŞOK FAKT AÇIQLANDI

2021-08-02 22:26:00

Türkiyə meşələrinə od vuranlar ermənilərdir – ŞOK FAKT AÇIQLANDI

Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu üzərinə götürüb. Bu təşkilat PKK nəzdində yaransa da, daim erməniləri müdafiə edib. 2019 və 2020-ci illərdə erməniləri müdafiə edən bu terror təşkilatının maliyyəçiləri içərisində Amerika və Fransadakı erməni fondları var.

Bu sözləri tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

“Atəşin uşaqları”na təlimlər ASALA kamplarında keçirilib. Bunu ASALA haqqında olan sənədlərdə görmək olar. PKK-nın bu qanadının üzvləri 2016-2017-ci illərdə o zaman işğal altında olan Qarabağda təlimlərdə iştirak ediblər. Təşkilatın maliyyə məsələrindən məsul şəxsi də məhz ermənidir…

Türkiyənin Hatay şəhərində bir müddət öncə 400 hektarlıq ərazini yandıran “Atəşin uşaqları” terror təşkilatı rəsmi bəyanatında da demişdir: “Hatayı biz ermənilərə dəstək üçün yandırdıq”.

Türkiyədə iş adamı olan ermənilər bu terror təşkilatına mütamadi maliyyə yardımı edirlər. İkinci Qarabağ müharibəsi zamanı öz saytlarında ermənilərə dəstək verən bu terror təşkilatı PKK-nı erməniləri müdafiə etməyə səsləyib”. \\OXU24.COM

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR