Saat:04:40
Haqqımızda

Türkiyə makroregion lideridir, NATO-ya sığmır...

2022-05-17 09:32:00

Türkiyə makroregion lideridir, NATO-ya sığmır...

Türkiyənin Şimali Atlantika Alyansı ilə bağlı narazılığı getdikcə artır, İsveç və Finlandiyanın NATO-ya mümkün daxil olması ilə bağlı müzakirələr bunu üzə çıxarıb.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Müasir Türkiyənin Araşdırmalar Mərkəzinin direktoru Amur Hacıyev deyib.

Ekspertin sözlərinə görə, Finlandiya və İsveçin alyansa daxil olmasının müzakirə edildiyi epizoddan sonra Türkiyə NATO-dakı yerini və ümumilikdə Avro-Atlantik təhlükəsizlik kontekstindəki rolunu yenidən nəzərdən keçirməyə başlayacaq.

Hacıyev qeyd edib ki, NATO dəfələrlə açıq şəkildə Türkiyənin mövqe və baxışlarını dəstəkləməkdən imtina edib, bəzən Ankaranın, xüsusən də Suriya istiqamətindəki narahatlığına məhəl qoymayıb.

Ekspertin fikrincə, NATO müttəfiqlərinin alyansda Ankaraya təyin etdiyi rol Türkiyənin xarici siyasət strategiyasında oynadığı rolla müqayisəolunmazdır:

“Türkiyə indi özünü çoxqütblü dünyanın mərkəzlərindən, həm də islam və türk dünyasının, bütövlükdə Balkanlar, Qara dəniz, Qafqaz, həm də Yaxın Şərqi əhatə edən makroregionun liderlərindən biri kimi aparır. Burada ticarət, enerji, tədarük zəncirinin mərkəzi olmağı hədəfləyən bir siyasət yürüdür", - deyə ekspert bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR