Türkiyə Makronun terrorçularla əlaqə saxlamasına etirazını bildirdi

2021-07-20 17:18:00

Türkiyə Makronun terrorçularla əlaqə saxlamasına etirazını bildirdi

Hurriyyet.org xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun PKK terror təşkilatının Suriyadakı şaxəsi PYD/YPG birləşmələrinin nəzdindəki qondarma “Suriya Demokratik Şurası” üzvləri ilə əlaqəsi Türkiyə tərəfindən etirazla qarşılanıb.

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç Fransa Prezidenti Emmanuel Makronun “Suriya Demokratik Şurası”nın üzvləri ilə danışıqlarını qınayan açıqlama verib. Açıqlamada deyilir: “Fransa Prezidenti Emmanuel Makronun PKK terror təşkilatının Suriyadakı şaxəsi PYD/YPG rəhbərliyi altında olan “Suriya Demokratik Şurası” üzvləri ilə danışıqlarını qınayırıq. Bütün çağırışlarımıza rəğmən, Fransanın separatçı xarakterli bu əliqanlı terror təşkilatı və onun şaxələri ilə davam etdirdiyi əlaqə Türkiyənin milli təhlükəsizliyi, Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün qorunması və bölgədə sabitliyin təmin edilməsi səylərinə zərər verməkdədir”.

Bilgiç bu təşkilatın son dövrdə Afrin xəstəxanası kimi mülki hədəfləri bombaladığını, suriyalı dinc vətəndaşlara hücum elədiyini, təşkilata qoşulmağı rədd edən gənclərin etirazlarını qanlı şəkiıdə yatırdığını bildirərək, “Türkiyənin bu terror təşkilatı və şaxələri ilə mübarizəsini daim qətiyyətlə davam etdirəcəyini bir daha təkrarlayırıq” deyib.