Saat:12:19
Haqqımızda

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış izni verib

2022-08-12 14:19:00

Türkiyə Krım tatarlarına uzunmüddətli yaşayış izni verib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Krım tatarlarına uzunmüddətli yaşamaq icazəsi verib. Hazırkı qanunlara görə, Türkiyədə uzunmüddətli yaşamaq hüququnu əcnəbilər yalnız ölkədə fasiləsiz 8 il yaşadıqdan sonra ala bilərlər.

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti “Türk köklərinə malik həmvətənlər” statusuna görə, avqust ayından etibarən Krım tatarlarına uzunmüddətli yaşayış icazəsi verib. Bundan əvvəl Ahıska türkləri, uyğurlar, Bolqarıstandan və Yunanıstandan olan etnik türklərə həmin status verilib. Daxili İşlər naziri Süleyman Soylunun  2022-ci ilin iyununda verdiyi göstərişə görə, artıq Krım tatarları da bu statusa malikdirlər. Onlar uzunmüddətli yaşayış icazəsi almaq üçün 8 il gözləməli olmayacaqlar.

Rəsmi məlumata görə, Türkiyədə yaşayan əcnəbilərin yalnız 5%-i uzunmüddətli yaşamaq icazəsi ala biliblər.

Ukraynada müharibə başlanandan bəri 4296 nəfər türk əsilli qaçqın Türkiyədə yerləşdirilib. Türkiyənin 5 əyalətindəki xüsusi mərkəzlərdə 2804 nəfər türk əsilli qaçqın yerləşdirilib – onlardan 409 nəfəri Krım tatarı, 2395 nəfəri isə Ahıska türküdür.

2002-ci ildən bəri Türkiyədə 101995 nəfər ahıska türkü və 6787 nəfər uyğur vətəndaşlıq alıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR