Türkiyə klubu Memfis Depayı transfer edir
2022-08-09 19:49:00
Türkiyənin "Qalatasaray" klubu sıralarını ulduz futbolçuyla gücləndirməyə hazırlaşır.
İstanbul təmsilçisi "Barselona"nın hücumçusu Memfis Depayı transfer etmək niyyətindədir.
"Sarı-qırmızılılar" artıq 28 yaşlı niderlandlı forvard üçün qarşı tərəflə danışıqlara start verib.
Kataloniya təmsilçisinin baş məşqçisi Xavinin gələcək planlarında yer almayan Depayın komandadan ayrılacağı gözlənilir.
Qeyd edək ki, adıçəkilən oyunçu 2021-ci ildə Fransa "Lion"undan "Barselona"ya transfer edilib.\\Offsideplus.az