Türkiyə klubu Erikseni transfer edir

2022-06-09 22:15:00

Türkiyə klubu Erikseni transfer edir

Türkiyənin "Trabzonspor" klubu gözlənilməz transfer xəbəri ilə gündəmə gəlib.

Super Liqada son mövsümün çempionu olan komanda danimarkalı futbolçu Kristian Erikseni sıralarına qatmağa hazırlaşır.

Trabzonlular hazırda İngiltərənin "Brentford" klubunda forma geyinən 30 yaşlı hücumameyilli yarımmüdafiəçinin keçidini həll etmək üçün qarşı tərəflə danışıqlar aparır.

Türkiyəni UEFA Çempionlar Liqasında təmsil edəcək "Trabzonspor" danimarkalını heyətinə qatmaqda israrlıdır.

Qeyd edək ki, Eriksen bu ilin əvvəlindən Premyer Liqa təmsilçisində çıxış edir. \\Offsideplus.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya