Saat:03:47
Haqqımızda

Türkiyə kəşfiyyatının rəhbəri Rusiya-Ukrayna danışıqlarında

2025-06-02 12:15:45

Türkiyə kəşfiyyatının rəhbəri Rusiya-Ukrayna danışıqlarında

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Rusiya ilə Ukraynanın İstanbulda keçiriləcək danışıqlarında iştirak etməyi planlaşdırır. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə görüşə moderatorluq edəcək.
Bu barədə TASS informasiya agentliyinə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Mənbə deyib: "Türkiyə, Rusiya və Ukraynanın nümayəndə heyətlərinin görüşü saat 13.00-a (Bakı vaxtı ilə 14.00 - red.) planlaşdırılıb. Görüş xarici işlər naziri Hakan Fidanın rəhbərliyi ilə keçəcək. Onun açılış nitqi canlı efirdə göstəriləcək. Görüşdə MİT rəhbəri İbrahim Kalının da iştirak edəcəyi gözlənilir".
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.171143