Saat:16:01
Haqqımızda

Türkiyə kəşfiyyatı Mosulda əməliyyat keçirdi

2022-05-23 15:30:00

Türkiyə kəşfiyyatı Mosulda əməliyyat keçirdi

Hurriyyet.az “Star” nəşrinə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK-HPG terror təşkilatının İraqın Mahmur-Kərkük-Süleymaniyyə şəhərləri üzrə qondarma “rəhbəri”, Əhməd Rubar kod adlı Mehmet Erdoğanı İraqın şimalındakı Mosul şəhərində zərərsizləşdirib.

Təhüksizlik mənbələrindən verilən məlumatına görə, terrorçu Mehmet Erdoğan 1990-cı illərdən bəri çox sayda dinc vətəndaşın və hərbçinin şəhid edildiyi terror əməliyyatlarının təlimatçısı olub. M.Erdoğan “Konstitusiya quruluşunu devirməyə təşəbbüs” və “Dövlətin birliyi ilə ölkənin bütövlüyünü pozmaq” ittihamları ilə axtarışda idi.

Türkiyə kəşfiyyatının 2021-ci ildə əldə elədiyi məlumata görə, PKK-nın Mahmur-Kərkük-Süleymaniyyə şəhərləri üzrə qondarma “rəhbəri” Mehmet Erdoğan Mahmur düşərgəsində Hacı Mirzə Əli adına saxta şəxsiyyət vəsiqəsi ilə yaşayıb. Türkiyənin Milli Kəşfiyyat Təşkilatının Mahmurda keçirdiyi əməliyyat nəticəsində Mehmet Erdoğan 21 may tarixində zərərsizləşdirilib.

Uzun illər PKK-nın Hakurk və Avaşin rayonlarındakı dəstələrinə başçılıq eləmiş Mehmet Erdoğanın çox sayda terror aktını planlaşdırdığı və törətdiyi bildirilir.

Onun 90-cı illərdə Ağrı dağı və İran-Makü-Dambat, 2000-ci illərdə isə Serhat rayonlarında terrorçuluq fəaliyyəti göstərdiyi bildirilir.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR