Saat:15:01
Haqqımızda

Türkiyə kəşfiyyatı MOSSAD agentlərinə qarşı əməliyyat keçirdi

2021-10-21 14:20:00

Türkiyə kəşfiyyatı MOSSAD agentlərinə qarşı əməliyyat keçirdi

 

Hurriyyet.az “CNN Türk” kanalına istinadən xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı casusluq məqsədi ilə fəaliyyət göstərən, üçnəfərlik hücrələr formasında təşklatlanmış 15 nəfərlik MOSSAD şəbəkəsini çökdürüb. Türkiyə kəşfiyyatının 200 nəfərlik komandası 15 nəfərlik casus şəbəkəsini 1 il boyunca anbaan izləyib, kölgə kimi onları təqib edib.

“CNN Türk” kanalının müxbiri Ceylan Sever əməliyyat barəsində bunları xəbər verib: “MKT tərəfindən MOSSAD-ın 15 nəfərlik şəbəkəsi çökdürülüb. MOSSAD-ın Türkiyəcə əcnəbilərdən və Türkiyə vətəndaşlarından ibarət 3 nəfərlik qruplarda birləşmiş ümumilikdə 15 nəfər üzvü Türkiyədəki xarici tələbələrin, xüsusilə də, fələstinli tələbələrin hansı yolla Türkiyəyə gəldiklərini və burada müdafiə sənayesi sahəsində necə çalışacaqları barəsində pul qarşılığında öz ölkələri üçün məlumat toplayıblar”.

Şəbəkə üzvlərinin təkcə xaricdəki rəhbərləri, MOSSAD təşkilatı ilə yox, eyni zamanda Türkiyədə də FƏTÖ rəhbərliyi ilə əlaqə saxladıqları, məlumat sızdırdıqları aşkar edilib. İstintaq davam edir.

Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR