Türkiyə kəşfiyyatı İraqın şimalında antiterror əməliyyatı keçirdi

2022-11-18 19:15:00

Türkiyə kəşfiyyatı İraqın şimalında antiterror əməliyyatı keçirdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı İraqın şimalındakı Qara rayonunda apardığı əməliyyat zamanı 5 nəfər PKK üzvünü zərərsizləşdirib. Bu barədə  məlumatı Ankaradakı təhlükəsizlik idarələrində işləyən mənbə verib.

Məlumata görə, yaraqlılar arasında PKK-nın qadın qanadının başçılarından biri olub – o, Türkiyədə törədilən terror aktlarının təşkilində iştirak edib.

Bildirilir ki, zərərsizləşdirilmiş qadın terrorçu Suriyanın şimalındakı türk hərbçilərə qarşı hücumu planlaşdırıb və “Pəncə-Kilid” əməliyyatı zonasında terror aktlarının törədilməsi üçün PKK terrorçularını təlimatlandırıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.298053