Türkiyə, İsveç, Finlandiya danışıqları davam edir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə, İsveç və Finlandiyanın təmsilçiləri NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitinə qədər növbətidəfə görüşmək niyyətindədirlər. Görüşdə üçtərəfli memorandum çərçivəsində reallaşdırılmış yeni addımlar müzakirə ediləcək. Alyansdan verilən məlumata görə, martın 9-da Brüsseldə Ankara, Stokhom və Helsinkinin nümayəndələrinin görüşündə belə bir qərara gəlinib. Artıq reallaşdırılmış addımlar dünənki görüşdə müzakirə olunub. Üç ölkə arasında silah tədarükü ilə bağlı qarşılıqlı məhdudiyyətlər ləğv edilib, terrorçuluqla mübarizədə əməkdaşlıq irəliləyib. Bundan savayı, İsveç NATO-ya daxil olmaq üçün terrora, o cümlədən PKK-ya qarşı qanunvericiliyi sərtləşdirməyi planlaşdırır.
İsveç ilə Finlandiyanın NATO ittifaqına daxil olması müraciətinə Macarıstan ilə Türkiyədən başqa bütün üzv dövlətlər müsbət cavab veriblər. 9 mart görüşündə iştirak etmiş NATO Baş katibi Yens Stoltenerq iki ölkənin alyansa daxil olması ilə bağlı hələlik konkret vaxt təminatının olmadığını qeyd edib. O, İsveçin NATO-ya Finlandiyadan sonra qəbul ediləcəyini də istisna etməyib.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya