Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
2024-05-03 00:27:02
.jpg)
Türkiyə İsrail tərəfi ilə bütün ticarət əlaqələrini dayandırıb.
Hurriyyet.Az xəbər verir ki, bu barədə “Bloomberg” türk rəsmilərinə istinadən yazıb.
“Türkiyə cümə axşamından İsrailə bütün ixrac və idxalı dayandırıb”, - nəşr qeyd edib.
Agentliyin məlumatına görə, respublika hakimiyyət orqanları hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.
