Türkiyə İsrailə səfir göndərdi
2022-12-01 17:41:00

Hurriyyet.az xəbər verir ki, Türkiyənin İsraildəki yeni səfiri Şakir Özkan Torunlar bu gün öz etimadnaməsinin surətini Yerusəlimdə İsrailin Xarici İşlər Nazirliyinə təqdim edib. Bu barədə məlumatı İsrailin “Yerusalim Post” nəşri yayıb.
Etimadnamənin orijinalı İsrail Prezidenti İshak Hersoqa təqdim edildikdən sonra Torunlar Türkiyənin İsraildəki səfiri vəzifəsində rəsmən işə başlayacaqdır.
İki ölkə arasında diplomatik münasibətlərin bərpa edilməsindən sonra noyabr ayında Türkiyə İsrailə səfir göndərəcəyini bəyan etmişdi. Oktyabr ayında isə İrit Lilian İsrailin Ankaradakı səfiri vəzifəsinə təyinat alıb.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya